media-inshot_20251020_024652351

“Sputnik Azərbaycan”ın baş direktoru İqor Kartavıx həbsdən azad edilərək Rusiyaya göndərilib.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti” agentliyinə açıqlayıb.

Zaxarovanın sözlərinə görə, oktyabrın 10-da Kartavıxın barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib:

“Kartavıx həbsdən azad edilib və Rusiyaya uçub”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, iyunun 30-da Azərbaycanda “Rossiya Seqodnya” media qrupuna daxil olan “Sputnik Azərbaycan” informasiya agentliyində 7 nəfər saxlanılıb. Onlardan baş direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov 4 ay müddətinə həbs edilib.


Bənzər xəbərlər