Su sızması problemi vətəndaşları çıxılmaz hala salıb
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında iki həftəyə yaxındır ki, su sızması problemi var. “Patrulaz”ın qaynar xəttinə daxil olan məlumatda bildirilir ki, davamlı olaraq adiyyatı qurumlara şikayətlər edilsə də məsələyə baxılmır. Divar boyunca fasiləsiz olaraq axan su otağı yararsız hala salıb və təcili olaraq tətbir görülməzsə, daha böyük fəsadlara yol açması qaçınılmaz olacaq.






