media-inshot_20260205_214247861

Kürdəmirdə təcili yardım maşını ilə bağlı narahatedici görüntü yayılıb.

Patrul.az redaksiyasına daxil olan videogörüntüdə Kürdəmir yolu istiqamətində hərəkətdə olan təcili tibbi yardım avtomobilinin arxa qapısındakı pəncərələrdən birinin şüşəsiz olduğu əks olunub.

Görüntülərdən aydın olur ki, 99-JA-503 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım maşını bu vəziyyətdə yol hərəkətində iştirak edir.

Bu fakt təcili tibbi yardım avtomobilinin belə texniki vəziyyətdə istismar edilməsinə yol verən, onun qeydiyyatda olduğu tibbi ərazi bölməsinin rəhbərliyinin məsuliyyətsizliyini ortaya qoyur.

Avtomobildə həmin an xəstənin olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.

Lakin hər iki halda, insanların sağlamlığını qorumaq məqsədilə hər gün müxtəlif ünvanlara gedən təcili tibbi yardım avtomobilinin bu cür texniki vəziyyətdə istismar olunması qəbuledilməzdir.

Şahid videonu qeydə alarkən həm yol hərəkəti təhlükəsizliyi, həm də tibbi yardım xidmətinin mövcud vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər