Tacikistan Prezidenti Azərbaycana gəlir
İyulun 4-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə yola düşüb.
Patrulaz.az xəbər verir ki, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı E.Rəhmonu Tacikistan xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət, nəqliyyat nazirləri və digər rəsmi şəxslər müşayiət edir.