Tanınmış Rusiya aparıcısından TƏXRİBATLI sözlər: Azərbaycanda dövlət çevrilişinə AÇIQ ÇAĞIRIŞ
Rusiyalı tanınmış televiziya aparıcısı Vladimir Solovyov Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib.
Patrulaz.az xəbər verir ki, O, “Rossia 1” telekanda açıq şəkildə Azərbaycanda dövlət çevrilişinə çağırış edib və ölkəni “Suriya ssenarisi” ilə hədələyib.
Xatırladaq ki, Prezident İlham Əliyev son seçkilərdə 97 faiz səslə qalib gələrək xalqın açıq və mütləq dəstəyini qazanıb. Azərbaycan cəmiyyətində bu bəyanatlar dövlətçiliyə, milli suverenliyə və xalqın iradəsinə qarşı birbaşa təxribatdır.
Onun bu fikirlərinə cavab olaraq, ölkəmizin rəsmiləri bildirirlər ki, Moskvanın Zəngəzur dəhlizindən və Qarabağdan istədiyini ala bilməməsi, Ermənistanın Qərbə inteqrasiya cəhdləri, Azərbaycanın isə Rusiya ilə bərabərhüquqlu münasibətlər qurması fonunda bu cür fikirlərin səslənməsi rəsmi Bakının mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, Vladimir Solovyov “Suriya ssenarisi” təhdidi ilə Azərbaycanda Suriya nümunəsinə bənzər şəkildə sabitliyin pozulması, ölkənin daxildən qarışdırılması, qarşıdurmaların yaradılması və nəticədə hakimiyyət dəyişikliyinə aparan destruktiv proseslərin baş verməsini işarə edir.
Gülbəniz Səfərova






