media-inshot_20260504_151911932

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.

Patrul.az xəbər verir ki, Muxtarzadə Ramil Səfər oğlu, Cəmilova Töhfə Ramiz qızı və Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşavirləri təyin olunublar.

Ramil Muxtarzadə Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Onun adı 2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən “XXI əsr Azərbaycan ziyalıları” ensiklopediyasında yer alıb.

media-56a059fd-5ef4-4029-83bd-cfc7aadb3849

Töhfə Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diplom alıb.

2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

media-353692c6-cb6b-458b-a28b-913443e5f822

Rzayev Bahadur isə Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra İstanbul Universitetinin təşkilatların idarəolunması üzrə magistr proqramını proqram birincisi kimi başa vurub.

2019–2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

B.Rzayev 2021-ci ildə keçirilən “Yüksəliş” müsabiqəsinin finalçısı olub. (Qafqazinfo)

media-76274856-45b0-4e9c-934a-1cf14a7931a6


Bənzər xəbərlər