media-inshot_20260113_130336070

Kanadanın Toronto şəhərində azərbaycanlı fəalların da iştirak etdiyi İrandakı mövcud olan İslam Respublikasına qarşı etiraz aksiyası keçirilib.

Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, aksiya zamanı azərbaycanlı soydaşlarımız tərəfindən qaldırılan Azərbaycan bayrağına Pəhləvi hərəkatının tərəfdarları hücum ediblər.

Məlumata görə, qarşı tərəf Azərbaycan bayrağının ucaldılmasına etiraz edərək həm fiziki, həm də şifahi formada aqressiv davranış nümayiş etdirib. Bu səbəbdən aksiya iştirakçıları arasında mübahisə yaranıb.

Azərbaycanlı fəallar bildiriblər ki, baş verən hadisə bəzi Pəhləvi tərəfdarları arasında mərkəzçi və inkarçı yanaşmanın hələ də mövcud olduğunu göstərir. Onların sözlərinə görə, bu cür davranış Cənubi Azərbaycanın türk xalqının siyasi kimliyinə və müstəqil mövcudluğuna qarşı dözümsüz münasibətin təzahürüdür.

Fəallar vurğulayıblar ki, Cənubi Azərbaycan bayrağına edilən hücum bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq mübarizəsi nə İslam Respublikası ilə, nə də faşist və monarxist cərəyanlarla uzlaşır. Bildirilib ki, bu mübarizə “Azadlıq, Milli Ədalət və özünüidarə” prinsipləri əsasında davam etdiriləcək.

Hadisə ilə bağlı əlavə reaksiyalar və müzakirələr sosial mediada davam edir.

Xatırladaq ki, İranda 28 dekabr tarixində başlayan mitinqlərə digər ölkələrdə yaşayan fəallar da dəstək məqəsdilə qoşulmağa başlayıblar.


Bənzər xəbərlər