media-inshot_20251230_193951916

Tovuzda qəza baş verib.

Patrul.az “APA”ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.

Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub, “Opel” piyada səkisinə çırpılıb.

Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb, yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər