media-whatsapp_gorsel_2025_02_10_saat_191816_ef8377f9_1739200714

“Hamı elə bilirdi ki, Rusiya üç günə o müharibədə qalib gələcək”.

Patrulaz.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assembleyasındakı çıxışı zamanı Rusiya-Ukrayna müharibəsindəki mövcud vəziyyətə münasibət bildirərkən deyib.

Tramp çıxışında bildirib ki, Rusiyanın qısa müddətdə qalib gələcəyi düşünülsə də, müharibənin uzanması Moskvanın imicinə zərbə vurub:

“Tez kiçik bir atışma olmalı idi. Belə olmadı. Bu, Rusiyanı pis göstərir”,- deyə Tramp bildirib.

O həmçinin müharibədə Moskvaya yardım edən dövlətlərə də münasibət bildirib. ABŞ lideri Çini və Hindistanı Rusiya neftini almaqla müharibənin əsas maliyyəçiləri adlandırıb:

“Çin və Hindistan Rusiya neftini almaqla Ukraynadakı müharibənin əsas maliyyəçiləridir”.

Tramp, həmçinin Rusiyanın müharibəni dayandırmayacağı təqdirdə ona qarşı tariflərin tətbiq olunacağına bildirib:

“Əgər Rusiya müharibəni dayandırmaq üçün sövdələşməyə hazır deyilsə, biz qan tökülməsini dayandıracaq kütləvi tariflər tətbiq etməyə tam hazırıq. Amma Avropa da bunda bizə qoşulmalıdır. Avropa Rusiya ilə mübarizə apararkən Rusiyadan neft və qaz alır. Utandırıcıdır”, – deyə Tramp əlavə edib.


Bənzər xəbərlər