media-img_6858

Patrulaz.az Musavat-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi Truth Social hesabında paylaşaraq diqqət çəkib.

Paylaşım 22 iyul 2025-ci il, Bakı vaxtı ilə saat 01:30-da edilib. Tramp paylaşımında Azərbaycan liderinin çıxışından 1 dəqiqə 17 saniyəlik videonu təqdim edib. Video Azərbaycanın dövlət başçısının Tramp haqqında yüksək fikirlər bildirdiyi hissəni əhatə edir.

Prezident İlham Əliyev çıxışında Trampın prezidentliyə qayıdacağını əvvəlcədən planlaşdırdığını və bu prosesin ABŞ-Azərbaycan münasibətlərini normallaşdırmaq istiqamətində müsbət təsir göstərdiyini bəyan edib. O, Trampın rəhbərliyi dövründə Vaşinqtonla Bakı arasında münasibətlərdə daha praqmatik yanaşma hiss edildiyini qeyd edib və ABŞ prezidenti haqqında yüksək dəyərləndirmə aparıb.

Donald Tramp isə bu çıxışı paylaşaraq, Əliyevin onun barəsindəki fikirlərini diqqət mərkəzinə çıxarıb. Onun bu paylaşımı qısa müddətdə 554-dən çox “ReTruth” və 1.6 min “Like” toplayıb.

Bu, Trampın Cənubi Qafqaz liderlərindən birinə münasibətdə ictimai şəkildə verdiyi ilk açıq dəstək jestlərindən biri kimi qiymətləndirilir.

media-img_6857


Bənzər xəbərlər