media-inshot_20260129_170204213

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilədək Bakıda ilk tramvay xətti istifadəyə veriləcək.

Patrul.az xəbər verir ki, Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasınadək uzanacaq xətt paytaxtın ictimai nəqliyyat sisteminə və şəhər mühitinə böyük töhfələr verəcək. Perspektiv layihədə istifadəyə verilməsi planlaşdırılan digər 4 xətt isə Bakının ümumi mənzərəsini və şəhər keyfiyyətini əsaslı dərəcədə yaxşılaşdıracaq.

“Sea-Breeze”​ – Mehdiabad

Mehdiabad – 8 Noyabr prospekti

Bayıl – “28 May”

Həzi Aslanov – “28 May”

Əvvəlcə yaxın gələcəkdə istifadəyə veriləcək Mehdiabad – “28 May” xəttinin faydalarından bəhs edək:

İlk olaraq bu yeniliklə o qədər də yüksək keyfiyyətli ictimai nəqliyyatla təmin edilməmiş Rəsulzadə, Binəqədi, Mehdiabad və ətraf qəsəbələrin əhalisi daha əlçatan xidmət ala biləcək. Həmçinin Rəsulzadə qəsəbəsindən son nöqtəyədək Azadlıq prospekti ilə hərəkət edəcək tramvaylar metronun da yükünü azaltmış olacaq. “Azadlıq prospekti” stansiyasının yaxınlığından keçəcək tramvay xətti metronun yaşıl xəttinin yükünün bir hissəsini öz üzərinə götürəcək.

Prospekt boyunca avtobus zolağının mövcud olması da tramvay xəttinin çəkilməsini rahatlaşdıran amillərdəndir. Belə ki, müasir tramvay xətlərinin relsləri digər nəqliyyat vasitələrinin də buradan hərəkətinə ciddi çətinlik yaratmadığından həmin zolaqların müəyyən hissələrdə müştərək istifadəsi mümkündür. Bir çox ölkələrdə bu təcrübədən geniş istifadə edilir.

Həmçinin Azadlıq prospektinin “28 May”a daha yaxın hissələrində isə küçənin tamamilə avtomobilsizləşdirilməsi və Cəfər Cabbarlı meydanında yaradılmış mühitə birləşdirilməsi də mümkündür ki, bu da şəhərin mərkəzində sosial mühitin yaxşılaşmasına, iqtisadi və mədəni aktivliyin daha da artmasına gətirib çıxaracaq.


Bənzər xəbərlər