Ukrayna ordusunda döyüşən həmyerlimiz həyatını itirdi
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Patrul.az xəbər verir ki, Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1988-ci il təvəllüdlü Ruslan Adil oğlu Quliyev aldığı xəsarətlərdən vəfat edib.
Onun nəşi dəfn edilməsi üçün Azərbaycana göndərilib.
Mərhumun əslən Qazax rayonundan olduğu bildirilib. (Qafqazinfo)







