media-photo-output

Bakı şəhəri Nəsimi rayonu, Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən ümumi istifadəyə açıq dayanacaqla bağlı narazılıq yenidən gündəmə gəlib.

Patrul.az redaksiyasına göndərilən iddialara görə, ərazi zəncir və qıfıl vasitəsilə bağlanıb və dayanacağa yalnız “Azgil Lounge” restoranının sahiblərinin və onların qonaqlarının avtomobillərinin daxil olmasına icazə verilir.

Qeyd edək ki, məsələ ilə bağlı daha əvvəl də xəbər vermişdik. Həmin vaxt sakinlər ictimai istifadədə olan ərazinin faktiki olaraq özəlləşdirildiyini bildirirdilər. Lakin görünən odur ki, aradan ötən müddət ərzində problem həllini tapmayıb.

Sakinlər bildirirlər ki, ümumi istifadəyə məxsus ərazinin bu formada məhdudlaşdırılması qanunsuzdur və vətəndaşların hüquqlarını pozur.

Ərazidə yaşayan sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını xahiş edir.

Günay Salayeva

media-img_5319 media-img_5318 media-img_5317 media-img_5316


Bənzər xəbərlər