media-inshot_20260128_120620929

Reklamlarda uşaqların görüntüsündən istifadə qaydası müəyyənləşəcək.

Patrul.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə ediləcək.


Bənzər xəbərlər