media-inshot_20260109_191641375

Gəncə şəhərində 20-EV-059 dövlət nömrə nişanlı evakuatorun sürücüsü Turqut Özal küçəsindən keçən qaz xəttini qıraraq tamamilə yararsız vəziyyətə salıb.

Patrul.az xəbər verir ki, hadisə evakuatorun yük avtomobilini daşıdığı zaman baş verib.

Baş vermiş hadisə ilə bağlı Patrul.az-a açıqlama verən Gəncə şəhər sakini Elşən Məmmədov bildirib ki, Turqut Özal küçəsində, Dəmir yolu xəstəxanasının qarşısında yerləşən və onun evinin də ərazisindən keçən qaz xətti evakuatorun sürücüsü tərəfindən zədələnsə də, o, baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Redaksiyamıza həm 20-EV-059 dövlət nömrə nişanlı evakuatorun müşahidə kameralarına düşən görüntüləri, həm də vətəndaşlardan biri tərəfindən çəkilmiş videogörüntülər təqdim edilib və həmin görüntüləri sizlərə təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər