Valideynlərdən etiraz: 182 saylı məktəb üfunət və baxımsızlıq içindədir - VİDEO
Binəqədi kəndindəki 182 saylı məktəbdə antisanitar vəziyyət valideynləri narahat edir.
Patrulaz.az xəbər verir ki, Binəqədi kəndində yerləşən 182 saylı məktəbin valideynləri “Azərbaycan Reallığı”na müraciət edərək məktəbdə hökm sürən acınacaqlı vəziyyətdən narazılıqlarını bildiriblər.
Valideynlərin sözlərinə görə, məktəbin direktor əvəzedicisi İlhamə Quliyeva idarəçiliyi dövründə təhsil ocağı baxımsız hala düşüb.
Video kadrlardan görünür ki, məktəbdə ciddi antisanitariya hökm sürür, sanitar qovşaqlar işləmədiyindən şagirdlər dərs zamanı ağır vəziyyətlə üzləşirlər. Sinif otaqlarında üfunət iyi şagirdlərin dərs prosesini çətinləşdirir.
Valideynlər şagirdlərin sağlamlığını və tədris mühitini təhlükə altına atan bu vəziyyətlə bağlı aidiyyəti qurumlardan dərhal tədbir görülməsini tələb edirlər.






