media-f50553d6-fed0-43d9-a55e-d91271698488

10 mart 2025-ci il, saat 08:49 radələrində Binqədi yolunda başına gələn hadisəni Patrulaz.az ilə bölüşən vətəndaş bildirib ki, iş yoldaşının qəfil səhhətində problem yaşanıb və ərazidə xidmətdə olan “90-YP-102” nömrəli patrul maşınına yaxınlaşaraq avtomobilində xəstə olduğunu və onu ən yaxın xəstəxanaya çatdırmalarını xahiş edib. YPX əməkdaşları məsələyə dərhal reaksiya verərək onları Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çatdırıblar.
Onların peşəkarlığı və operativliyi sayəsində “iş yoldaşım vaxtında tibbi yardım ala bildi” deyən vətəndaş Patrulaz.az vasitəsi ilə DYP əməkdaşlarına öz təşəkkürünü bildirib.


Bənzər xəbərlər