Polşanın Baş naziri Tusk Türkiyəyə gəlir
Polşa Respublikasının Baş naziri Donald Tusk prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə işgüzar səfər edəcək.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Kommunikasiya direktoru Fahrettin Altunun sosial mediada verdiyi açıqlamaya görə, Prezident Kompleksində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə Polşanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələri qiymətləndiriləcək, aktual regional və qlobal problemlər, o cümlədən Ukrayna və Transatlantik əlaqələr ətrafında fikir mübadiləsi aparılacaq.
Altun açıqlamasında ötən illərdə 600-cü ildönümü qeyd olunan Türkiyə-Polşa əlaqələrinin cənab Tuskun səfəri münasibətilə daha da güclənəcəyinə inandığını deyib.