media-img_7284

İsrail ordusu Suriyanın hərbi infrastrukturunu hədəf alan yeni hücumlar edib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Dera şəhərinin çölündə Cebeb və İzra bölgələrindəki hərbi bazaları hədəf alıb. Ən azı 17 hava hücumu təşkil edildiyi və bazalardakı hərbi texnikanın məhv edildiyi öyrənilib. İlkin məlumatlara görə, tələfat olmadığı bildirilir.

İsrail ordusu Suriyada Əsəd rejiminin süqutundan sonra bu ölkəyə qarşı hücumlarını artırıb. İsrail ordusundan verilən açıqlamalarda köhnə rejimdən qalan hərbi infrastrukturu hədəf alan hücumların İsrailin təhlükəsizliyi üçün zəruri olduğu iddia edilib.


Bənzər xəbərlər