Pakistanda sərnişin qatarına hücum: 20 nəfər ölüb
Pakistanda separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) təşkilatı Bolan bölgəsində Kvetta-Pişəvər arasında hərəkət edən sərnişin qatarına silahlı hücum edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, doqquz vaqonlu qatarda təxminən 400 sərnişinin olduğu öyrənilib, hücumda 20 nəfərin həyatını itirdiyi ifadə edilib. BLA-nın verdiyi açıqlamada təhlükəsizlik qüvvələri də daxil olmaqla sərnişinlərin girov götürüldüyü qeyd olunub. Yerli mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə hadisə yerinə gələn silahlılar arasında qarşıdurma davam edir.