media-f0e271a2-1b99-4a54-94fd-b0e9289b8055

“Son dövrlər Ermənistan hakimiyyəti aktiv şəkildə sülhdən uzaq olduğunu bütün davranışları ilə açıq formada ifadə edir. Sistemli şəkildə keçdiyimiz aylarda Ermənistan rəsmi dairələrinin Azərbaycan əleyhinə xarici platformalarda verdiyi açıqlamalar, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri müşahidə olunur. Bu gün Qarabağda separatçılıq törətmiş cinayətkarlar Azərbaycan məhkəməsində hüquq qarşısında cavab verirlər”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-tural-ismayilov
O bildirib ki, Ermənistan hakimiyyəti ölkə daxilində fikirləri fərqli istiqamətlərə yönləndirmək üçün əlindən gələni etməklə məşğuldur: “Bu konteksdə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribatçı mövqe sərgiləyirlər. Görünən odur ki, Ermənistan dövləti törədilən bütün cinayətlərin birbaşa sifarişçisi olub. Ermənistan artıq bu məsələdə müxtəlif manipulyasiya cəhdləri edir.
Digər tərəfdən Fransanın Ermənistana hücum silahları verməsi və Hindistandan silahlar alınması da vəziyyəti gərginləşməsinə səbəb olur. Hər bir halda son dövrlər baş verən bütün hadisələr söyləməyə əsas verir ki, Ermənistan Azərbaycan əleyhinə müharibəyə başlamaq istəyir. Bununla da Ermənistan regionda yenidən gərginlik yaratmaq missiyasına sadiq qalaraq öz havadarlarının sifarişlərini yerinə yetirməyə çalışır”.


Bənzər xəbərlər