media-inshot_20260709_215353352

20:30

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi “Qarabağ” və İslandiyanın “Vestri” klubları qarşılaşır.

Patrul.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesabı Ağdam təmsilçisi açıb. Azərbaycan çempionu gərgin keçən mübarizədə rəqib qapısına yol taparaq qarşılaşmada 1:0 hesabı ilə önə keçib.

Qeyd edək ki, matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.

Tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Matç davam edir.

***

Abdullah Zubir matçın 45+2-ci dəqiqəsində 2-ci qolu vurdu. Hesab 2:0.

***

Zakaria Savonun ötürməsi ilə Renaldo Sefas 86-cı dəqiqədə qol vurdu. Hesab 3:0 oldu.

***

Matç başa çatdı. “Qarabağ” İslandiyanın “Vestri” klubuna 3:0 hesabla qələbə çaldı.


Bənzər xəbərlər