media-deb1bd16-7a12-4108-b260-018836846e1f

“İnsanlar bəzən həyəcanını, stresini idarə edə bilmir və ona təslim olur. Xüsusilə son vaxtlar imtahana hazırlaşan, imtahan verən uşaqların valideynlərindən bu tip şikayətlər alırıq: “Çox oxuyurdu, müəllimlər də razı idi. Amma imtahanda həyəcanlandı, yaza bilmədi”,  “İmtahana daxil olanda həyəcanlandı, stress keçirdi bildiklərini də unutdu”, “Yaxşı nəticə göstərə bilmədi.” və s. Bu mövzu hər zaman aktual bir mövzudur. Bilirik ki, artıq keçən günlərdə abitruyentlər üçün imtahanların bir hissəsi keçirildi.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
media-c2a22a12-11f6-43c2-a7e2-66199d74db58

O bildirib ki, həyəcan-təşviş, stress həyatın bir çox sahələrində olduğu kimi imtahanda da bizə mane ola bilir: “Qeyd etmək lazımdır ki, valideynlər imtahan prosesində fənn hazırlığı ilə bərabər psixoloji hazırlığa da diqqət yetirməlidirlər. Belə ki,fənn hazırlığı psixoloji hazırlıqla dəstəklənməsə o zaman abitruyentlərin bir qismi həyəcanın təsirində bildiklərini yazmaqda belə çətinlik çəkəcəkdir. Bu psixoloji hazırlıq kursların nəznində ola bilər və ya individual şəkildə ola bilər.

Burada diqqət edəcəyimiz məqamlardan biri diqqət dağınıqlığı və təşvişi olan uşaqlarla bağlıdır. Belə uşaqlar digər şagirdlərə nəzərən daha çox həyəcan keçirə, problemlər yaşaya, imtahan vaxtı hətta baş ağırları, ürək bulanması yaşaya bilərlər. Belə şagirdlərin  imtahanda qarışdırdığı hissələrdən biri də, suallarda “doğru deyi” “yanlış deyil” və ya “yalnışdır” tipli suallardır. Bu tip sualları qarışdırmamaq üçün ən sadə yollarından biri həmin hissənin qələmlə ya altından qalın bir xətt çəkmək, ya da dairəyə almaqdır. Belə olduqda bu hissə onların diqqətlərindən qaçmayacaq və fokuslana biləcəklər. Cavab variantlarını oxuduqda isə səhvliyinə əmin olduqlarının üzərindən xətt çəkə bilərlər. Bu hissələrin  onlarda vərdiş kimi formalaşması uşaqlara müsbət təsir edəcəkdir.

Həmçinin bildirmək olar ki, tələbkar, mükəmməliyyətçi ailələrdə yetişən uşaqlarda həyəcan-təşviş, imtahan narahatlığı və s. kimi problemlərə daha çox təsadüf olunur. Bəzən valideynlər fərqində belə olmadan övladlarına psixoloji təzyiq göstərirlər. Bu da təsirin ən təhlükəli növlərindən biridir və nəticədə bu kimi problemlərin yaranmasına gətirib çıxarır.  Digər bir səbəb də valideynlərin uşağın potensialını nəzərə almaması və ondan davamlı yüksək nəticə istəməsidir. Valideynlər çox zaman bu fikirlərlə övladına motivasiya verdiyini düşünür, ancaq uşaq özünə “görəsən bacara bilərəmmi? valideynlərimin istəklərini doğrulda biləcəyəmmi?” kimi suallar verməyə başlayır.  Belə olduqda uşaq daha da həyəcanlanır, özünə güvəni azalır, bu streslə baş edə bilmir və gözlənilən nəticədən də aşağı nəticə əldə edir. Ona görə də belə yanaşma üsulları düzgün deyil. Övladımıza öz istəklərimizi yükləmək əvəzinə onu dinləməli, nə istədiyini, nəyə marağının olduğunu öyrənməli və ona bu yolda dəstək olmalıyıq.”

Səbinə Hüseynli


Bənzər xəbərlər