media-img_7378

Hindistan Cammu-Kəşmir bölgəsində iki siyasi partiyanın fəaliyyəti milli suverenliyi təhdid edən fəaliyyətlə məşğul olduqlarını əsas gətirərək 5 il müddətinə qadağan edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, “Avami Fəaliyyət Komitəsi” (AAC) və “Cəmmu və Kəşmir İttihadul Müslimin” (JKIM) partiyaları “terrorizmi dəstəkləməkdə, Hindistan əleyhinə ritorika yaymaqda və bölgədə separatçı hərəkatlar üçün vəsait toplamaqda” günahlandırılıb.

1967-ci il Qanunsuz Fəaliyyətlər (Qanunsuz Fəaliyyətlərin Qarşısının Alınması) Qanunu çərçivəsində ölkənin bütövlüyü və təhlükəsizliyini təhdid edən fəaliyyətlə məşğul olduqları səbəbi ilə qanunsuz təşkilat elan edilən AAC və JKİM partiyalarının fəaliyyətləri 5 il müddətinə qadağan edildi.


Bənzər xəbərlər