media-img_7391

ABŞ-ın Texas ştatında qızılca epidemiyasına yoluxanların sayı 223-ə çatıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında qızılca epidemiyasına yoluxanların sayı artır. Texas Səhiyyə Xidmətləri Departamentinin dünən verdiyi açıqlamaya görə, yanvarın sonundan bəri 223 hadisə aşkarlanıb.

Epidemiyadan zərər çəkmiş ərazidə yaşayan, qızılcaya qarşı peyvənd olunmayan və səhhətində heç bir problemi olmayan uşaq dünyasını dəyişib.

Texas Səhiyyə Xidmətləri Departamenti qızılca yoluxucu olduğu üçün, baş verən ərazidə və ətraf icmalarda yeni halların ortaya çıxa biləcəyini bildirdi. Səlahiyyətlilər epidemiyanın yayılmasına nəzarət etmək üçün yerli səhiyyə şöbələri ilə işləməyə davam edir.


Bənzər xəbərlər