media-img_7390

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) rəsmisi işçilərə daxili sənədləri, xüsusən də kadr məlumatlarını və məxfi materialları məhv etməyi tapşırıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, USAID-in yüksək rütbəli rəsmisi Erica Carr agentliyin paytaxt Vaşinqtondakı mənzil-qərargahında qeydlərin məhv edilməsi əmrini verdiyi iddia edilib.

Hesabatda iddia edilib ki, Carr tərəfindən verilən təlimatda işçilərdən daxili sənədləri, xüsusən də kadr məlumatları və məxfi materialları ehtiva edən sənədləri yandırmaq və ya parçalamaq istənilib.

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardımla bağlı fərman imzalayıb.

Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların digər ölkələrə ödənişlərini kəsəcəyi, proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama dövrünə başlanıldığı qeyd edilib.

ABŞ Dövlət Departamenti də yanvarın 27-də nazirlik və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.


Bənzər xəbərlər