media-img_7392

Çin, Rusiya və İranın Pekində İranın nüvə proqramı ilə bağlı zirvə toplantısı keçirəcəyi açıqlanıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı iclas martın 14-də paytaxt Pekində Çin, İran və Rusiyanın iştirakı ilə keçiriləcək.

Çin xarici işlər nazirinin müavini Ma Caoşunun sədrliyi ilə keçiriləcək iclasda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi iştirak edəcək.

Görüşdə İranın nüvə proqramı və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.


Bənzər xəbərlər