media-img_7393

2021-ci il oktyabrın 1-dən Gürcüstanda həbsdə olan 57 yaşlı keçmiş prezident Mixail Saakaşvilinin korrupsiya ittihamı ilə Tbilisi şəhər məhkəməsində mühakimə olunması işi üzrə qərar qəbul edilib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Hakim Badri Koclamazaşvili Saakaşvilini 2009-cu ilin mayından 2013-cü ilin fevralına qədər şəxsi xərclər, o cümlədən lüks otellər, kosmetik prosedurlar və dizayner paltarları üçün dövlət büdcəsindən 9 milyon lari (təxminən 5,4 milyon dollar) mənimsəməkdə təqsirli bilib. Saakaşvili dövlət büdcəsinin vəsaitini mənimsəməkdə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ildən klinikada müalicə alan Saakaşvili iclasda iştirak etməsə də, qərar elan edildikdən sonra məhkəmə zalında çaşqınlıq yaranıb. Saakaşvilinin tərəfdarları hakimi hakimiyyətin “qulu” adlandırıblar.

Saakaşvili sosial mediada verdiyi açıqlamada mənimsədiyi iddia edilən pulların “prezident aparatının rəsmi xərcləri” olduğunu müdafiə edib. İttihamları rədd edən və xərclərin qanuni olduğunu iddia edən Saakaşvili qərarı “siyasi təqib” kimi qiymətləndirib.
Saakaşvili dövründə Gürcüstanın Dövlət Təhlükəsizlik Xüsusi Xidmətinin rəhbəri olmuş Teymuraz Canaşia da eyni işdə təqsirli bilinib və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 300 min lari (108 min dollar) məbləğində cərimələnib.


Bənzər xəbərlər