Ağ Ev Kanadanı təhdid etdi!
Ağ Evin sözçüsü Karolin Leavitt mətbuat konfransında Ontarionun Baş naziri Daq Fordun ABŞ ştatlarına elektrik enerjisi verilməsi planları ilə bağlı açıqlamalar verib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Leavitt Kanadanın Birləşmiş Ştatlara elektrik enerjisini kəsməyi düşünəcəyini təqdirdə, ciddi nəticələrlə üzləşəcəyini deyib.
Prezident Donald Trampın ABŞ-ın xarici ölkələrin, o cümlədən Kanadanın elektrik enerjisindən asılı olmamasında qərarlı olduğunu ifadə edib.
Leavitt qonşu və tərəfdaş kimi təsvir etdiyi Kanadanın artıq rəqib ola biləcəyini də bildirib.
Qeyd edək ki, ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə gömrük rüsumu martın 4-dən başlayıb.