media-img_7389

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ölkədə bəzi Suriya vətəndaşlarına hücum edən qruplaşma üzvlərinin tutularaq ədliyyə orqanlarına təhvil verilməsini əmr edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq baş nazirinin hərbi sözçüsü Sabah ən-Numan məsələ ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda xatırladılıb ki, bəzi sosial media platformalarında özlərini “Ya Əli Xalq Təşkilatı” adlandıran bir qruplaşmanın İraqda işləyən bir qrup suriyalıya qarşı törətdiyi biabırçı zorakılıqları əks etdirən görüntülər yayılıb.

Bəyanatda iki qardaş İraq və Suriya xalqı arasında dərin əlaqələrin olduğu qeyd edilib və sözügedən hücumları həyata keçirdikləri sübuta yetirilənlərə qarşı qanunun aliliyi prinsipinin tətbiq ediləcəyi qeyd olunub.

İraqda özlərini “Ya Əli Xalq Təşkilatı” adlandıran maskalı qrupun Suriya hökumətini dəstəklədikləri səbəbiylə bəzi Suriya vətəndaşlarına hücum edən görüntülər yayımlanıb.


Bənzər xəbərlər