Suriyadakı qarşıdurmaların ağır itkisi: 4 gündə ən az 1383 mülki vətəndaş öldürüldü!
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu 6-10 mart tarixləri arasında Aralıq dənizi sahilində Latakiya və Tartusda devrilmiş Əsəd ünsürlərinin təhlükəsizlik qüvvələrinə hücumu ilə başlayan qarşıdurmalarda insan itkiləri ilə bağlı yeni açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu Latakiya və Tartusda təhlükəsizlik qüvvələri ilə devrilmiş Əsədə sadiq ünsürlər arasında 4 gün davam edən qarşıdurmalarda ən azı 1383 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb. Əməliyyatlardan sonra həyat qismən normallaşsa da, Latakiya vilayətinin Ceble mahalının demək olar ki, hər küncündə qarşıdurma izləri görünür.