İngiltərədən ABŞ-la bağlı AÇIQLAMA
İngiltərə Baş naziri Keir Starmer İngiltərə Parlamentində keçirilən həftəlik “Baş Nazir Sualları Sessiyasında” ABŞ-ın polad və alüminium idxalına tətbiq edilən 25 faizlik gömrük rüsumunun qüvvəyə minməsindən sonra məyusluğunu dilə gətirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin bundan sonra da bu mövzuda praqmatik bir yanaşma qəbul edəcəyini ifadə edən Starmer müvəffəqiyyətli olacaqları təqdirdə, gömrük rüsumlarını da ehtiva edən və daxil edəcək bir iqtisadi razılaşma (ABŞ ilə) müzakirə edəcəklərini bildirib.
Britaniyanın maliyyə naziri Ceyms Murray və ticarət naziri Conatan Reynolds da bu gün verdiyi açıqlamada Britaniyanın ABŞ-ın gömrük tariflərinə qarşı praqmatik bir yanaşma tətbiq edəcəyini bildiriblər:
“Biz praqmatik yanaşmaya diqqətimizi davam etdiririk və ABŞ ilə əlavə rüsumları aradan qaldıracaq, Britaniya bizneslərinə və iqtisadiyyatımıza fayda verəcək daha geniş iqtisadi razılaşmanı sürətlə müzakirə edirik”-deyə, Reynolds bildirib.