Rusiya ərazisinə intensiv hücum, Moskvada həyəcan!
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ordusunun gecə boyu PUA-larla Rusiya ərazisinə hücum etdiyi bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada 337 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib. Onlardan 91-i Moskva, 126-ı Kursk, 38-i Byransk, 25-i Belqorod, 22-ni Ryazan və 10-nu Kaluqa bölgələri üzərində vurulub.
Moskva meri Sergey Sobyanin gecə saatlarında başlayan İHA hücumlarının hələ də davam etdiyini bildirib.
Ukrayna müharibəsi başlayandan bəri paytaxt Moskvaya edilən ən intensiv hücumda 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.
Güclü pilotsuz uçuş aparatının (PUA) hücumunun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlunun paytaxta səfəri ilə əlaqəli olduğu iddia edilib.