Trump-dan yeni addım: Kanadaya yeni tarif elan etdi
ABŞ prezidenti Donald Tramp Kanadaya qarşı gömrük rüsumlarını artırdığını açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadaya qarşı gömrük tarifləri ilə bağlı yeni qərar imzalayıb.
Trump ticarət nazirinə Kanadadan gələn polad və alüminium üçün hazırda 25 faiz olan gömrük rüsumunu yüzdə 50-ə çatdırmağı tapşırdığını açıqladı.
“Reuters” agentliyinin məlumatına görə, Trampın bəyanatından sonra “S&P 500” və “Dow Jones” indeksləri ucuzlaşıb.
Tramp həmçinin qeyd edib ki, Kanada ABŞ-ın müxtəlif süd məhsullarına tətbiq etdiyi 250 faizdən 390 faizədək fermer tariflərini dərhal ləğv etməlidir.
Ontarionun ABŞ-a satılan elektrik enerjisinə tətbiq edəcəyi gömrük rüsumunun yaratdığı çətinliyə işarə edən Tramp, qısa müddətdə sözügedən bölgədə elektriklə bağlı Milli Fövqəladə Hal elan edəcəyini bildirib.