Xəbərdarlıq: Qadınların əksəriyyəti bu 5 makiyaj səhvini edir
Səkkiz saat yatmısınız, gün ərzində su içmisiniz, amma güzgüyə baxanda yenə də yorğun, solğun görünürsünüz? Tanışdırsa, tək deyilsiniz…
Patrul.az-ın məlumatına görə, mütəxəssislər deyir ki, bu hal çox vaxt yuxusuzluqdan yox, gündəlik etdiyimiz xırda makiyaj səhvlərindən qaynaqlanır. Yanlış konsiler, səhv tonal krem tonu, düzgün hazırlanmayan dəri – bütün bunlar fərqinə varmadan bizi olduğumuzdan daha yaşlı göstərə bilər.
Məşhur vizajist Nikki DeRoest bildirir ki, bu səhvlər üzü aşağı sallanmış, solğun və yorğun göstərir. Amma yaxşı xəbər var: Cəmi bir neçə düzgün toxunuşla üz daha parlaq və dincəlmiş görünə bilər.
1. Dərini makiyaja hazırlamadan başlamaq
Mütəxəssisin sözlərinə görə, dəri düzgün hazırlanmayıbsa, ən bahalı makiyaj belə effekt verməyəcək.
“Dəri susuz və baxımsızdırsa, makiyaj dərinin içinə oturmur, üstündə qalır. Bu da yorğun görüntü yaradır”, – deyə DeRoest bildirir.
Nə etməli?
– Üzü yumşaq təmizləyici ilə yuyun;
– Mütləq nəmləndirici krem və serum istifadə edin;
– Göz altını nəmləndirməyi unutmayın ki, konsiler xətlərə dolmasın;
2. Tonal krem üçün səhv alt ton seçmək
Bu, ən çox edilən səhvlərdən biridir. Səhv alt ton üzü “xəstə” və solğun göstərə bilər.
Alt tonu necə bilək?
Bilək damarları mavi/bənövşəyi görünürsə – soyuq alt ton
Yaşılımtıldırsa – isti alt ton
Qarışıqdısa – neytral
Tonal kremi mütləq çənə xəttinizdə və gün işığında yoxlayın. Düzgün ton üzünüzdə demək olar ki, görünməməlidir.
3. Konsileri qalın və hər yerə çəkmək
Göz altına çox konsiler çəkmək əksinə, üzü daha aşağı və yorğun göstərir.
Düzgün üsul:
– Konsileri yalnız gözün daxili və xarici künclərinə çəkin;
– Tonal kremdən cəmi 1 ton açıq olsun;
– Çox açıq rənglər boz görüntü yarada bilər.
Halqalara görə rəng seçimi:
Mavi-bənövşəyi halqalar → şaftalı / qızılbalıq
Qəhvəyi-boz halqalar → ərik və qızılı tonlar
4. Üzü tək rəngdə qoymaq (işıq və konturu unutmaq)
Üz tam eyni rəngdə olanda cansız görünür. “Üzü canlı göstərən əsas şey kontrastdır”, – deyə DeRoest vurğulayır.
İşıqlandırıcı haraya vurulmalıdır?
– Yanaq sümüklərinin üstü,
– Gözün xarici küncləri,
– Alının ortası,
– Ağız ətrafındakı kölgələr
Kontur isə yanaq sümüyünün bir az altından, qulaqdan başlayaraq çəkilməlidir. Bu, üzü vizual olaraq qaldırır.
5. Gözün daxili küncünü boş buraxmaq
Gözün daxili küncü kölgədə qalanda baxışlar yorğun görünür. Kiçik bir işıqlandırıcı toxunuşu belə gözləri dərhal açır. Göz altından 1-2 ton açıq məhsul seçin. Mat yox, az parıltılı tekstura olsun. Ağ rəngdən qaçın, inci və şaftalı tonları seçin..Yorğun görünüş həmişə yuxusuzluqdan olmur. Çox vaxt səbəb səhv makiyaj vərdişləridir. Dərini düzgün hazırlamaq, uyğun alt tonu seçmək və işıqla oynamaqla cəmi bir neçə dəqiqəyə daha gənc, dincəlmiş və sağlam görünmək mümkündür.






