Xətai rayonunda silsilə ev oğurluqları: Keçmiş məhkum saxlanıldı
Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.






