media-inshot_20260128_091744041

Xırdalanda dəm qazından ölüm hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, hadisə şəhərin 26-cı məhəllə adlanan hissəsindəki fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, Rahib Xeyrulla oğlu Qənbərov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)


Bənzər xəbərlər