Xırdalanda maşın yağı ilə ağacların qurudulduğu İDDİA OLUNUR - VİDEO
Bakıda parkda ağacın dibinə maşın yağı tökülüb.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, Xırdalanda yerləşən Heydər Əliyev adına parkda şam ağaclarından birinin dibinə çox miqdarda maşın yaşı boşaldılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq
Nazirlikdən bildirildi ki, məsələnin araşdırılması ilə bağlı sözügedən əraziyə araşdırma qrupu göndərilib. Araşdırma yekunlaşdıqdan sonra məlumat veriləcək.
Qeyd edək ki, meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, habelə zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər






