media-photo-output

Nizami rayonunda maraqlı və müzakirə doğuran hadisə qeydə alınıb.

Patrul.az-ın məlumatına görə, Qara Qarayev küçəsi 56 ünvanında yerləşən zibil qablarının qarşısında “VAZ 2107” markalı avtomobil, yolu kəsəcək şəkildə saxlayıb. Nəticədə əraziyə gələn zibil maşını və işçilər öz işlərini normal şəkildə yerinə yetirə bilməyiblər.

İddialara görə, çıxış yolu tapa bilməyən kommunal işçilər zibilləri götürərək həmin avtomobilin üzərinə qoyub ərazidən uzaqlaşıblar. Hadisə ətrafdakı sakinlər arasında birmənalı qarşılanmayıb.

Bəzi vətəndaşlar sürücünün məsuliyyətsiz davranaraq yolu bağlamasını tənqid etsə də, digərləri belə yanaşmanın düzgün olmadığını bildirirlər. Onlar sual edirlər: əgər həmin yerdə bahalı avtomobil olsaydı, eyni addım atılardımı?

Məsələ bir daha göstərir ki, həm sürücülər, həm də xidmət sahəsində çalışan şəxslər qarşılıqlı hörmət və qaydalara riayət etməlidirlər.

Günay Salayeva


Bənzər xəbərlər