media-inshot_20260115_195851631

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Patrul.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, həmçinin Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


Bənzər xəbərlər