media-inshot_20260113_224742935

 

Yasamal rayonu, “Tbilisi” prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.

Bu barədə Patrul.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə səbəbindən “20 Yanvar” metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

media-whatsapp_image_2026-01-13_at_21-56-12

 


Bənzər xəbərlər