media-0c11023d-6489-4c92-8c0a-2bc111d92db6

Paytaxt Bakıda yol patrul xidmətinin əməkdaşları fövqəladə vəziyyət zamanı humanist yanaşma nümayiş etdiriblər.
Yüksək qızdırmalı uşağın həyatını xilas etmək üçün dərhal hərəkətə keçən polis əməkdaşları valideynlərin təşəkkürünü qazanıblar.

Patrulaz.az-a verilən məlumata görə, “99-YP-416” dövlət nömrə nişanlı yol patrul maşını ilə xidmət aparan əməkdaşlar 41 dərəcə hərarəti olan 5 yaşlı uşağın tıxacda ilişib qaldığını görərək, onu təcili şəkildə M.Mirqasımov küçəsində yerləşən 2 saylı uşaq kliniki xəstəxanasına çatdırıblar.

Polislərin çevik reaksiyası uşağın vaxtında tibbi yardım almasına imkan verib.

Uşağın ailə üzvləri isə hadisədən sonra polis əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Bakı şəhərində pik saatlarda nəqliyyat sıxlığı xüsusilə təcili tibbi yardım hallarını çətinləşdirir və bu kimi hallarda hüquq-mühafizə orqanlarının dəstəyi mühüm əhəmiyyət daşıyır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər