Yük avtomobilinin aşması yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb oldu
Yük avtomobilinin aşması yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb oldu.
Patrulaz.az xəbərinə görə, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görür.