media-3558b715-056a-49de-a3ff-c5432291b5ff

22 fevral 2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü gənc şair Həsən Kür ağır bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Patrulaz.az xəbər verir ki, həkimlərin verdiyi məlumata əsasən, 3-cü mərtəbədən yıxılan Həsən Kürə qapalı kəllə-beyin travması, kəllə sümüyünün sınığı və sol bud sümüyünün qapalı sınığı diaqnozları qoyulub. O, dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib və müvafiq tibbi yardımlar göstərilib.

media-648c10cd-e7fb-46e2-bfca-a3986478ed25Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın təşəbbüsü ilə xəstənin vəziyyəti xüsusi nəzarətə götürülüb. Müalicə reanimasiya şöbəsinin uzman həkimi Leyla Mercan tərəfindən aparılır.

media-15dfb5c8-2f60-490f-b096-6b8c9af85a9d

Son məlumata əsasən, reanimasiya şöbəsində həkimlərin səyləri nəticəsində onun vəziyyəti stabilləşib və huşu aydındır. Bir neçə gün sonra ayağınından əməliyyat olunacağı bildirilib.


Bənzər xəbərlər