media-img_7564

Mozambik və Malavidə “Yude” tropik qasırğası nəticəsində 9 nəfər ölüb.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Mozambikin Milli Fəlakət İdarəetmə İnstitutunun məlumatına görə, Jude qasırğası nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Nampula, Niasa və Zambezia bölgələrində qasırğa səbəbilə 9 min 525 nəfərin didərgin düşdüyü bildirilib.

Malavi səlahiyyətliləri qasırğada 3 nəfərin öldüyünü, 20 min insanın isə qasırğanın gətirdiyi şiddətli yağışlar səbəbindən evsiz qaldığını açıqlayıb.

Malavi Fəlakət İdarəsi evsiz qalanların təxliyə mərkəzlərinə aparıldığını qeyd edib.


Bənzər xəbərlər