media-img_7565

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin dünən ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoffu qəbul etdiyini və Ukrayna ilə bağlı əlavə məlumatların Rusiya tərəfinə çatdırıldığını bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri dəyərləndirib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoffun Rusiyaya səfəri ilə bağlı məlumat verən Peskov, Witkoffun Putin tərəfindən qəbul edildiyini bildirib: “Ukrayna ilə bağlı əlavə məlumatlar Rusiya tərəfinə çatdırıldı. Putin Witkoff vasitəsilə Trampa məlumatları çatdırdı”deyə, o qeyd edib.

Putinin Trampın yanaşmasını dəstəklədiyini, lakin bəzi sualların cavablandırılması lazım olduğunu vurğulayan Peskov, görüləcək çox işin olmasına baxmayaraq, Putinin hələ də Trampın mövqeyi ilə razılaşdığını vurğulayıb.


Bənzər xəbərlər