media-img_7563

Türkiyədən Hollandiyaya gedən avtomobildə 35 silah ələ keçirilib, 2 şübhəli saxlanılıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolqarıstanın Lesovo Gömrük Qapısında, Ədirnənin Hamzabəyli Sərhəd Qapısı ilə üzbəüz Türkiyədən gedən Hollandiya nömrəli avtomobil saxlanılaraq, axtarışa verilib. Hollandiyaya gedən avtomobilə baxış zamanı iki kürək çantasında 35 tapança, 10 güllə və 3 maqazin götürülüb. Bəzi tapançalarda lülə mexanizmlərinin əskik olduğu müşahidə edilib. Türk sürücü, Türkiyə və Şimali Makedoniya vətəndaşlığı olan 1 nəfər saxlanılıb.

İstintaq davam edir.


Bənzər xəbərlər