media-img_7561

“Sığorta bazarında vacib məqamlardan biri inamın bərpa edilməsi və bazarın dövriyyəsinin artırılmasından ibarətdir. Etiraf etmək lazımdır ki, son zamanlar sığorta şirkətlərinə inamın artırılması istiqamətində işlər genişləndirilib”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

media-img_7562
Deputat bildirib ki, sığorta öhdəliyinin yerinə yetirilməsi ilə bağlı məsuliyyət artırılıb: “Bu da sığorta şirkətlərinə inamın mənəvi şəkildə bərpasına imkan yaradır.

Amma sözsüz ki, sığorta bazarında ən vacib məqamlardan biri könüllü sığortanın ümumi sığortada payının artırılmasına nail olmaqdır. Rəqəmlər göstərir ki, hazırda daha çox icbari sığorta növlərindən istifadə olunur. Amma könüllü sığortanın payının artırılması daha məqsədəuyğundur. Bu istiqamətdə də ən vacib məqamlardan biri sığorta sektorunda inamın daha da artırılması və sığorta bazarının daha yaxından dəstəklənməsinə nail olunmasıdır”.


Bənzər xəbərlər