media-i-6

“Volodimir Zelenskinin bəyanatları onun sıxışdırılmış vəziyyətdə olduğunu göstərir”.

Patrul.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın general-mayoru Sergey Lipovoy Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunun ortalarında Belarus lideri Aleksandr Lukaşenkoya verdiyi rəsmi ultimatuma münasibətini bildirərkən söyləyib.

O, Zelenskini “terrorçu” adlandırıb:

“Ukrayna lideri yalnız terrorçu deyil, həm də macəralı bəyanatlar verməyə başladı. Xüsusilə, Zelenski yalnız Avropanı deyil, həm də Belarusu təhdid edir və onun Prezidenti Aleksandr Lukaşenkoya ultimatum verir.”

Xatırladaq ki, Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Belarus-Ukrayna sərhədində Rusiyaya məxsus siqnalötürücü və hərbi avadanlıqların yerləşdirildiyini bəyan edib. O, bu sistemlərin “Şahid” dronlarını Ukrayna infrastrukturuna yönəltdiyini iddia edərək Lukaşenkoya həmin avadanlıqları təmizləmək üçün bir həftə vaxt verib, əks halda Ukraynanın bu hədəfləri özünün vuracağını bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər