media-inshot_20260225_160630154

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.

Patrul.az xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili yerdəyişmə qaydalarına əsasən Rəşad Babayev digər məsul vəzifəyə təyin olunub.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.


Bənzər xəbərlər